пятница, 4 ноября 2011 г.

СЧЕТЗ

Qohum funksiyalar:

Sintaksis:

 СЧЕТЗ(значение1; значение2;...)

Nəticə:

    Arqumentlər siyahısında boş olmayan qiymətlərin miqdarını hesablayır.

Arqumentlər:

    Значение1, значение2, ...: miqdarı hesablanan 1-dən 255-ə qədər arqumentlər.

Qeydlər:

   СЧЕТЗ funksiyasında СЧЕТ funksiyasından fərqli olaraq qiymət deyəndə boş sətir (" ") də daxil olmaqla istənilən tipli (təkcə boş xanalar istisna olmaqla) qiymət başa düşülür, əgər arqument massivdirsə, onda massivdəki boş xanalar nəzərə alınmırlar.

Riyazi-statistik interpretasiya:

   СЧЕТЗ funksiyası massivdə verilənlər olan oyuqların sayını hesablamaq üçün istifadə olnur. 


Misal

Bir kiçik müəssisənin işçiləri arasında cari ilin birinci kvartalı üzrə sosial vəziyyəti öyrənmək məqsədilə sorğu aparılmışdır. Sorğuda orta əmək haqqında olan suala 14 nəfər respondentin verdiyi cavablar aşağıdakı EXCEL cədvəlində verilmişdir. Anketin sualına sadəcə xətt çəkməklə cavab vermiş respondentlər də daxil  olmaqla cavab vermiş respondentlərin sayını tapmaq tələb olunur.
                                                   

A
B
C
D
E
F
G
H
I
J
K
L
M
N
O
1
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
2
Kvartal üzrə
orta əmək haqqı
(min manat)
1,52
4,25
1,58
2,73
5,11

4,1
3,72
3,15
4
2,95
4,17

Həlli

Məsələnin həlli üçün СЧЕТ funksiyasından istifadə etməklə  aşağıdakı düsturu tərtib edək:

=СЧЕТЗ (B2:O2)

Bu düsturu EXCEL cədvəlin hər hansı bir oyuğuna yazıb onu yerinə yetirsək, həmin oyuqda  anketin sualına cavab vermiş respondentlərin sayı olan 13 ədədini alarıq.